Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərdab rayonunun Şıxbağı və Nəzəralılı kəndlərinə təbii qaz verildi

 Zərdab rayonunun Şıxbağı və Nəzəralılı kəndlərinə təbii qaz verildi

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində geniş miqyaslı işlər görülür. Tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir.

Bu məqsədlə 2018-ci il oktyabrın 10-da Zərdab rayonunun Şıxbağı və Nəzəralılı kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. 152 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15 404 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

12 Oktyabr 2018 15:02 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin