Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ə.P.Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respubli­kası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Res­publikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Dövlət İqtisad Uni­versitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında­kı xidmətlərinə görə Əli Pənah oğlu Həsənova Azərbaycan Respublikası Prezi­dentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2020-ci il

25 Sentyabr 2020 03:34 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə