Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, Azərbaycan Res­publikası Prezidentinin 2020-ci il 3 iyul tarixli 1084 nömrəli, 10 iyul tarixli 1105 nömrəli və 17 avqust tarixli 1138 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxma­ğa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6.0-cı bəndinə “sahibkarlıq fəaliyyəti” sözlərindən sonra “(ictimai iaşə, turizm və meh­manxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti istisna olmaqla)” sözləri əlavə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2020-ci il

25 Sentyabr 2020 03:30 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə