Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abonentlərin sayı 2 154 614-ə çatıb

Abonentlərin sayı 2 154 614-ə çatıb

2018-ci ilin yanvar-sentyabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 60 772 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 36 654-ü Bakı, Abşeron və Sumqayıt, 24 118-i isə regionlar üzrədir. Yeni abonentlərin sayı abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması nəticəsində artmışdır.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərmişdir. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 154 614-ə çatmışdır.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

12 Oktyabr 2018 14:59 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin