Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Xarici İşlər naziri Gürcüstanın Baş Naziri ilə görüşüb

Sentyabrın 24-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş Naziri Giorgi Qaxaria ilə görüşüb.

AZƏRTAC xəbər ve­rir ki, görüşdə tərəflər Azərbaycan-Gürcüstan yüksək səviyyəli strateji əməkdaşlıq münasibətlərinin bir çox aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Baş Nazir Azərbaycan Prezidentinin sentyabrın 19-da çıxışı zamanı Gürcüs­tan ilə bağlı söylədiklərini minnətdarlıqla qeyd edərək, bu çıxışın Gürcüstan ictimaiyyəti tərəfindən yüksək səviyyədə qəbul edildiyini söyləyib.

Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüs­tanın Baş Nazirinə çatdırıb. O, mehriban qonşuluq və dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq və tərəfdaşlıq əlaqələrimizin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Tərəflər birgə həyata keçirilən irimiqyaslı regio­nal layihələr, o cümlədən enerji, nəqliyyat sahəsində layihələrin nəinki iki ölkə, həmçinin bölgə üçün əhəmiyyətini qeyd ediblər. Bu xüsusda yeni layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. İki ölkə arasında mövcud tranzit imkanlarının gələcəkdə daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Hazırda dünyanın üzləşdiyi pandemiya ilə mübarizə çərçivəsində iki ölkənin qarşılıqlı əməkdaşlıq münasibətlərinin, xüsusilə daşımaların maneəsiz davam etdirildiyi xüsusilə vurğulanıb.

Tərəflər, həmçinin hu­manitar, mədəniyyət, ekolo­giya və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

25 Sentyabr 2020 03:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə