• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya tədbiri həyata keçirilir

Diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya tədbiri həyata keçirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranması ilə əlaqədar rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlanıb. Bu müraciətlə əlaqədar Sabirabad və Xaçmaz rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya tədbiri həyata keçirilir.

Sabirabad və Xaçmaz rayonlarının diri heyvan bazarında profilaktik dezinfeksiya “Almerdehyde” “Ektosan” və 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində və avtomatik səyyar çiləyiçilərlə səpilib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.

Qeyd edək ki, kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş tariflərə uyğun aparılır. Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub. Tədbir hər həftə həyata keçirilir və heyvan satışı yekulaşdıqdan və ərazidə mexaniki təmizlik işləri aparıldıqdan sonra icra edilir. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"

12 Oktyabr 2018 14:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin