• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Arılar bütün dünya üçün yaşayır”

 “Arılar bütün dünya üçün yaşayır”

“İnsan var ailəsi üçün yaşayır, insan var kəndi üçün yaşayır, insan var xalqı üçün yaşayır. Mən bunları yaşaya-yaşaya görürəm. Ancaq arılar bütün dünya üçün yaşayırlar”. Bu fikirləri Balakən rayonundan olan arıçı, Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı İlqar Məmmədov deyib.

İlqar Məmmədov öz təcrübəsini arıçılarla bölüşmək istəyindədir: “Arını ilk növbədə gənədan qorumaq lazımdır. Arıda qırtlaq və boğaz gənəsi olur. May ayında çərçivədə şanın ancaq 5 sm hündürlüyünü saxlayırıq, qalanını atırıq. Arılar yenidən boş qalmış yerə şan toxumağa başlayır. Həmin şan erkək arılar üçündür və onlar 24 günə yumurtadan çıxır. Gənələr də tez qaçır, yeni yaranan yuvalara doluşur. Onlar da 21 gündən sonra yumurtadan çıxır. Bax, həmin gənə yumurtaları ilə dolu şan  yenidən kəsilib atılır və bununla da biz arı ailəsini gənələrdən xilas edirik. Meyvə ağaclarının çiçək dövründə onlara dərman vurulur. Arılar həm dərmanlanmış meyvə ağaclarından,  həm də cır xurma ağacından zəhərlənirlər. Bunun üçün 3 faizli peroksid məhlulunu 1 litr qaynadılmış  və sonradan soyudulmuş suda həll edib hər üç gündən bir çərçivələrə çiləmək lazımdır”.

Arıçı deyir ki, bol məhsul almaq üçün təbiəti qorumalıyıq: “Bizim bölgədə əsasən arılar nektarı akasiya və şabalıd ağaclarından alır. Arıçılıq insanı kamilləşdirir, insanı təbiətə daha yaxından bağlayır. Meşələri arıçılara tapşırsalar, daha səmərəli olar. Pis arı yoxdur, pis arıçı var. Gənclərə məsləhətim budur ki, arı kimi halal olsunlar. Arı yetişdirəndə pis tərəfi düşünməsinlər, çünki arıdan ziyan gəlməz.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

12 Oktyabr 2018 14:55 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin