Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Məmmədov Amal Cahid oğlu.

Ünvan- Ağcabədi şəhəri, F.Əlizadə küçəsi 19.

E-mail: [email protected] mail.ru

Tel- 0505245966, 2750224.

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot -1. Yolların əsaslı təmiri işlərinin satın alınması.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplu­su Azərbaycan dilində hazırlanmış­dır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 80 (səksən) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid inter­net portalı vasitəsilə elektron qay­dada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-

VÖEN- 3400109921

H/h- AZ86CTRE 00000000000002515432

Fond- 7Y

Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN-1401555071

M/h-AZ41NABZ 01360100000000003944

SWIFT BIK: CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır).

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir.

4.1. Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.

4.2. İddiaçının fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

4.3. Maliyyə vəziyyəti haqqında bank arayışı.

4.4. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Res­publikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.

4.5. İddiaçının nizamnaməsi.

4.6. Dövlət reyestrindən çıxarış (qeydiyyatdan keçdiyi ölkə).

4.7. İddiaçının rekvizitləri.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 15 oktyabr 2020-ci il saat 17.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid inter­net portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 23 oktyabr 2020-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmaları­nın vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 26 oktyabr 2020-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

25 Sentyabr 2020 03:02 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Yanvar 2021 | 00:00
B İ L D İ R İ Ş
26 Yanvar 2021 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə