Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzəryanı ölkələrin məktəbliləri arasında mədəni-idman festivalı keçirilib

Xəzəryanı ölkələrin məktəbliləri arasında mədəni-idman festivalı keçirilib

Türkmənistan Respublikasının Avaza Milli Turizm ərazisində Xəzəryanı ölkələrin məktəbliləri arasında II mədəni-idman festivalı  keçirilib.

Festivalda ölkəmiz "Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 34 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.

Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya məktəblilərinin iştirak etdiyi festivalda ölkəmizi təmsil edən məktəblilər mini-futbol, basketbol, voleybol, şahmat və stolüstü tennis idman növləri üzrə yarışlarda mübarizə aparıblar. Yarışların nəticəsinə görə, Azərbaycan komandaları stolüstü tennis idman növündə I, şahmat (oğlan və qızlar) və basketbol üzrə II, voleybol üzrə (qızlar) III, mini-futbol üzrə IV yerə layiq görülüb. Həmçinin komandalar şəxsi yarışlarda stolüstü tennis idman növündə bir qızıl, iki gümüş, şahmatda isə bir  bürünc medal qazanıb.

İştirakçı ölkələr arasında Azərbaycan məktəbliləri qazanılmış medalların ümumi  sayına görə 2-ci yeri tutub.

Nümayəndə heyətinin üzvləri festivalda bədii proqramla çıxış edərək milli rəqslər nümayiş etdiriblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

12 Oktyabr 2018 14:51 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin