Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı şəhəri üzrə poliklinikalar pandemiya zamanı

Bakı şəhər Baş Səhiyyə İdarəsi nəzdində olan, poliklinikalar karantin qaydalarının yumşalmasından sonra öz fəaliyyətlərini standart qrafik üzrə bərpa edib və bütün tibbi heyət tam şəkildə iş cədvəlinə uyğun işləyirlər. Sərt karantin rejimi dövründə fəaliyyətləri məhdudlaşdırılma ilə əlaqədər bir qədər fərqli olan, həm böyüklər, həm də uşaq poliklinikalarına sahə həkimi və ya ixtisaslı həkimlərin qəbuluna indi rahatlıqla düşmək olar. Bunun üçün  vətəndaşlar poliklinikanın qeydiyyat şöbəsinə müraciət edib, yazıla bilərlər. Özü də, pasiyentlər öncədən təyin olunmuş vaxtda qəbula gəldiklərinə görə poliklinikalarda heç bir sıxlıq, gözləmələr, növbələr yaşanmır. Pasientlərdən hansısa təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanın, qəbula yazılmadan da həkimin yanına növbəsiz daxil olmasına şərait yaradılır.

Pandemiya hələ bitmədiyindən təbii ki, poliklinikalarda tətbiq edilən qəbul qaydaları əvvəlki vaxtlarda olduğundan fərqlidir. Belə ki, poliklinikaya daxil olan hər bir şəxs girişdə qarşılanır, onun hərarəti təmassız termometr vasitəsilə ölçülür. Həmçinin, poliklinikanın girişində əl üçün spirt tərkibli dezinfeksiyaedici vasitələr yerləşdirilib və binaya daxil olan hər bir şəxsdən tibbi maskaların taxılması tələb olunur. Poliklinikalara gələnlərin bədən temperaturu 37dərəcə və daha yuxarı olduğu müəyyən olunduğu halda, onların poliklinikaya daxil olmalarına qadağa qoyulur. Bundan sonra həmin şəxslər birbaşa poliklinikanın nəzdində olan və yaşayış yerlərinə aid olan, məhz pandemiya dövründə yaradılan COVID sahə məntəqələrinə yönləndirilir. Sahə məntəqələrində onlardan test nümunələri götürülür və həmçinin, şikayətlərinə görə, həkim tərəfindən müvafiq məsləhətlər verilir. 

Bakı şəhər poliklinikalarında hal-hazırda planlı və diaqnostik tibbi müayinələr standart qrafik  üzrə aparılır. Sahə həkimi öz sahəsinə aid olan poliklinikada qeydiyyatda olan xəstələrlə əlaqə saxlayır, vaxt təyin edib poliklinikaya planlı müalicəyə dəvət edir. Lakin xəstə COVID --19 virusuna yoluxmaq üzrə yüksək risk qrupuna daxildirsə (65 yaş və yuxarı, ürək xəstəliyi, diabet və ağciyər xəstəlikləri olan şəxlər) sahə həkimi xəstəyə evdə baş çəkir və ona müvafiq tövsiyələr verir. Qeyd edək ki, ixtisas həkimləri diaqnostik müayinələri sahə həkimlərinin göstərişi ilə həyata keçirirlər.

Qeyd edək ki, qadın məsləhətxanalarında da iş eyni qaydada davam edir. Hətta hamilə qadınların Səhiyyə Nazirliyinin müvafiq kliniki protokoluna uyğun olaraq mütəmadi müayinələrin həyata keçirilməsinə fasilə verilməyib.

Poliklikalarda dispanserizasiya və vaksinasiya proseslərindən ndanışarkən deməliyik ki, ölkədaxili sərt karantin dövründə dispanserizasiyanın həyata keçirilməsi məhdudlaşdırılmışdır. Hal-hazırda karantin qaydalarının yumşalamasından sonra dispanserizasiya prosesi yenidən bərpa olunub. Xatırladaq ki, eyni vəziyyət uşaq tibb müəssisələrində uşaqların planlı peyvəndlərlə əhatə olunması prosesinə də öz təsirini göstərmişdir. Hal-hazırda peyvəndlərin aparılması, hər zaman olduğu kimi, Milli Peyvənd Təqviminə görə həyata keçirilir.

İmtiyazlı qruplara daxil olan xəstələrin resept üzrə dərman preparatları ilə təmin olunmaları prosesi davam edir. Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti fəaliyyət göstərir və bu xidmət vasitəsilə onlar adi qaydada öz dərmanlarını alırlar. Eyni zamanda, yüksək risk qrupuna daxil olan xəstələrin yaxınları dərmanları müvafiq poliklinikanın nəzdində fəaliyyət göstərən apteklərdən resepti təqdim etməklə ala bilərlər. Digər xəstələr sahə həkiminin qəbulundan sonra apteklərə dərmanları adi qaydada əldə edirlər.

Bakı şəhər poliklinikalarının binalarında ötən müddətdə görülən sanitar-epidemioloji tədbirlərin təşkili qənaətbəxş olub. Belə ki, poliklinika binasının bütün korpuslarındakı otaqlar və koridorların pəncərələri gündə ən azı iki dəfə açılıb, mütəmadi havalandırılıb, giriş, çıxış, koridor və otaqlarda əllərlə tez-tez təmas edilən səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsinə xüsusi nəzarət edilib. Həmçinin Bakı şəhər poliklinikalarında çalışan tibbi heyətin təhlükəsizliyinin təmin olunması məqsədilə, koronavirusunun sürətli yayıldığı mərhələdə (aprel --iyun aylarında) müvafiq qoruyucu geyimlərlə (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska və s.) təmin olunmasına riayət edilmiş, tibbi və texniki heyətin COVID --19 testindən növbəli şəkildə keçirilməsi təşkil olunmuşdur.

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 Sentyabr 2020 09:40 - SƏHİYYƏ
SƏHİYYƏ
26 Oktyabr 2020 | 10:38
Virusun ən kritik dönəmindəyik

Köhnə versiyamızdan xəbərləri izlə