• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin əsərlərinin yeni nəşrləri Avropada

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin əsərlərinin yeni nəşrləri Avropada

Görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin bir sıra partituraları Almaniyanın və İsveçrənin nüfuzlu nəşriyyatları tərəfindən 2018-ci ildə “Yeni nəşrlər” qrifi altında işıq üzü görüb.

www.science.gov.az saytı yazır ki, bu silsiləyə yalnız böyük tələbat olan və geniş ifa edilən əsərlər daxil edilib. Onların hər birini ayrı-ayrılıqda “Masterpiece” – öz janrında şah əsər saymaq olar. 

Qeyd edək ki, Firəngiz Əlizadənin bir çox digər partituraları Almaniya, Fransa və İsveçrədə əvvəllər də nəşr edilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

12 Oktyabr 2018 14:50 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin