Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Nazir Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu qəbul edib.

 Gürcüstan hökumətinin verdiyi xəbərə görə, görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Müzakirə zamanı tərəflər regiondakı çətinliklərə toxunublar, həmçinin iki ölkə arasındakı strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.

"Görüş zamanı Gürcüstan və Azərbaycan arasında müxtəlif formatlarda əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Diqqət iki ölkə arasındakı iqtisadi, nəqliyyat və enerji əməkdaşlığına yönəldilib. Azərbaycanın Gürcüstanın vacib ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. Gürcüstanın Baş Naziri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycanın Xarici İşlər nazirinə təşəkkür edib. Hər iki ölkənin bölgədəki münaqişələrin sülh yolu ilə həll olunmasında maraqlı olduğu qeyd edilib”, - deyə məlumatda qeyd olunub.
 
"Xalq qəzeti"
24 Sentyabr 2020 16:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə