Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Xarici İşlər naziri Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov sentyabrın 24-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazir ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Azərbaycanın Xarici İşlər nazirini ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın ölkəmizdəki səfiri Xitab Pataradze, “SOCAR Georgia” şirkətinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

24 Sentyabr 2020 15:51 -

Köhnə versiyamızdan xəbərləri izlə