• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq konfransın iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyində olublar

Beynəlxalq konfransın iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyində olublar

Bakıda "Dekorativ sənət və interyer" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olublar.

www.science.gov.az saytı yazır ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) prezidenti Suay Aksoy, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və digər qonaqları MATM-nin direktoru, akademik Nailə Vəlixanlı qarşılayaraq rəhbərlik etdiyi qurum barədə onlara məlumat verib.

Sonra qonaqlar muzeyin ekspozisiya zallarında və H.Z.Tağıyevin ev muzeyində Azərbaycanın qədim maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Sonda konfrans iştirakçılarına “Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasının inciləri” kataloqu və bukletlər hədiyyə olunub.

Qeyd edək ki, beynəlxalq konfransın təşkilatçıları AR Mədəniyyət Nazirliyi, İCOM-un Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (İCDAD) və Tarixi ev muzeyləri (DEMHIST) üzrə beynəlxalq komitələri, həmçinin İCOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyidir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

12 Oktyabr 2018 14:48 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin