Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan alüminiumuna antidempinq rüsumu tətbiq ediləcək

Avrasiya İqtisadi Komissiyasının (AİK) Kollegiyası 5 il müddətinə Azərbaycan və Çindən idxal olunan alüminium xəttinə qarşı antidempinq tədbirinin tətbiqinə qərar verib.

Bu barədə xarici mətbuat xəbər verir.

Komissiyanın materiallarına əsasən, antidempinq rüsumu Azərbaycanda istehsal olunan alüminium xəttinin tədarükü üçün 16,2 faiz, Çindən olan məhsul üçün isə 13,1 faiz təşkil edəcək.

“Bu tədbirin tətbiqi sayəsində rəqabət səviyyəsini bərabərləşdirməklə Avrasiya İqtisadi Birliyinin mövcud sərbəst istehsal güclərinin - bu gün bu, yeddi müəssisədir – bazarın ehtiyaclarını tam şəkildə təmin edəcəyi gözlənilir”. – Kollegiyanın üzvü, AİK-nın ticarət naziri Andrey Slepnyov bildirib.

Antidempinq rüsumu tətbiq ediləcək alüminium xətti inşaat sənayesində, elektrik mühəndisliyində, həmçinin soyuducu qurğuların, istilik dəyişdiricilərinin, radiatorların, jalüzlərin və döşəmə üçün büzməli təbəqələrin istehsalında istifadə olunur. Amma bu tədbir alüminium qutularının istehsalı üçün nəzərdə tutulmuş məhsullara aid edilməyəcək.

AİK Kollegiyasının qərarı rəsmi dərc olunduğu gündən 30 təqvim günü sonra qüvvəyə minəcək.

V.BAYRAMOV,
“Xalq qəzeti”

24 Sentyabr 2020 10:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə