Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Barselona" Suaresin "Atletiko"ya keçidini elan etdi

"Barselona" futbol klubu hücumçu Luis Suaresin "Atletiko"ya keçidini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə kataloniyalıların rəsmi saytında bildirilir.

Qeyd edilir ki, madridlilər 33 yaşlı uruqvaylıya görə müxtəlif bonuslar şəklində 6 milyon avro ödəyəcəklər.

Bu gün futbolçu ilə vidalaşma tədbiri keçiriləcək, sonra isə mətbuat konfransı olacaq.

Xatırladaq ki, Suares 2014-cü ildən "Barselona"da çıxış edirdi. O, bu müddət ərzində UEFA Çempionlar Liqasının 2014/15-cü illər mövsümü də daxil olmaqla, bir sıra mükafatlar qazanıb. 

Daha əvvəl bildirilirdi ki, İspaniya "Barselona"sını ölkənin digər komandası "Atletiko"ya dəyişməyə hazırlaşan Luis Suares Madrid klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Uruqvaylı futbolçu paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

24 Sentyabr 2020 10:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 02:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə