Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millimizin üzvünün komandasında koronavirus şoku

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete”də koronavirusa yoluxma halı qeydə alınıb.

Sportline.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın məşqçilər heyəti, futbolçular və işçilər koronavirus testindən keçib, onlardan birinin nəticəsi müsbət olub. Virusa yoluxan şəxsin adı açıqlanmayıb.

Xatırladaq ki, Eddi İsrafilov Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı Lüksemburq və Kiprlə matçlarında iştirak etməyib. O, İspaniyadakı vəziyyətin koronavirus səbəbindən gərgin olduğunu və qayıdarkən iki testdən keçməli olduğunu əsas gətirərək toplanışa qatılmayıb.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

24 Sentyabr 2020 10:08 - İDMAN
İDMAN
27 Oktyabr 2020 | 01:31
Levandovskidən yeni rekord
25 Oktyabr 2020 | 00:37
Həftənin ən gözəl qolu
20 Oktyabr 2020 | 00:27
Premyer Liqada yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə