Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstan XİN rəhbəri: BMT Baş Assambleyasında Azərbaycanın mövqeyimizi dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir

BMT Baş Assambleyasında Azərbaycanın mövqeyimizi dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir. Gürcüstan bunu yüksək qiymətləndirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə söyləyib.

Nazir qeyd edib ki, Gürcüstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.

24 Sentyabr 2020 13:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə