Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Bayramov: Regionda davamlı inkişaf üçün işğalçılıq siyasətinə son qoyulmalıdır

Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstan Xarici İşlər naziri David Zalkaliani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Ceyhun Bayramov regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən bəhs edib.

Nazir Ermənistanın pozuculuq fəaliyyətlərindən danışarkən deyib ki, açıq münaqişələr bölgənin davamlı inkişafına və sabitliyinə təhdid yaradır. Regionda davamlı inkişaf və tərəqqinin olması üçün işğalçılıq siyasətinə son qoyulmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar.

O, həmçinin qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında yüksək strateji əməkdaşlıq bölgənin inkişafına töhfəsini verəcək.

24 Sentyabr 2020 13:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə