Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ölkə ölüm hökmünü ləğv etdi

Qazaxıstanın BMT yanında daimi nümayəndəsi Kayrat Umarov təşkilatın mənzil-qərargahında faktiki olaraq ölüm hökmünü ləğv edən ikinci fakültativ protokolu imzalayıb.

 Qazaxıstanın ölüm cəzasının ləğvinə dair beynəlxalq protokola qoşulacağını elə həmin gün Prezident Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi siyasi müzakirələrində çıxış edərkən bildirib.

Ötən ilin dekabrında Prezident Tokayev Qazaxıstan XİN-ə ölüm hökmünün ləğvi ilə bağlı sənədin ikinci fakültativ protokoluna qoşulmağa başlamağı tapşırmışdı.

XİN-in məlumatına görə, bu beynəlxalq sənədin imzalanması ölüm cəzasının əhatə dairəsinin tədricən daralmasına və cinayət qanunvericiliyinin humanistləşdirilməsinə yönəlmiş kursun davamıdır.

"Xalq qəzeti"

 

24 Sentyabr 2020 13:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə