Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Limanı ərazisində 16200 şəxs COVİD-19-a qarşı test olunub

Bu ilin 18 mart tarixindən etibarən 7 ay ərzində Bakı Limanı ərazisində 16200 şəxs test olunub.

Trend-in məlumatına görə, bunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov deyib. Onun sözlərinə görə, buraya xarici TIR sürücüləri, əməkdaşlar və digər liman istifadəçiləri də daxildir:

"Bakı Limanına gələn TIR sürücüləri həm "Qırmızı Körpü" sərhəd buraxılış məntəqəsində, həm də Ələt qəsəbəsində yerləşən Bakı Limanında test olunublar. Test cavabları çıxana qədər sürücülərin müvəqqəti saxlanma zonasında gözləməsi və daha sonra yalnız nəticələr mənfi çıxdığı halda steril zonalara yola salınıblar. Bakı Limanının COVID-19 pandemiyası ilə mübarizə təcrübəsi Türkmənistan və Qazaxıstan limanlarının da marağına səbəb olub və bu istiqamətdə həmkarlarla təcrübə mübadiləsi aparılıb".

24 Sentyabr 2020 12:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə