• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronda məişət tullantıları poliqonu inşa ediləcək

Abşeronda məişət tullantıları poliqonu inşa ediləcək

Abşeronda regionun ən böyük, dəyəri təxminən 45 milyon dollar olan məişət tullantıları poliqonu inşa olunacaq.

Day.Az bildirir ki, hazırda Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya çərçivəsində həyata keçiriləcək Abşeron Sanitar Poliqonu layihəsinin sənədləri hazırlanır. Abşeron Rayonu İcra Hakimiyyətindən verilən məlumata görə, bu poliqondan 4 rayon və Sumqayıt şəhəri istifadə edəcək.

Regional sanitar poliqonun inşası üçün Bakı-Şamaxı magistralının 35-ci kilometrliyində 70 hektara qədər ərazinin ayrılması planlaşdırılıb. Hazırda layihə ətraflı müzakirə olunur.

Poliqon üç mərhələdə tikiləcək. İlk mərhələnin 2022-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 Oktyabr 2018 14:38 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin