Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan müxalifəti: “İlham Əliyevin açıqlamaları Paşinyanın maskasını cırır”

Ermənistan Respublika partiyasının sədr müavini, keçmiş vitse-spiker Armen Aşotyan baş nazir Nikol Paşinyanı sərt dillə tənqid edib.

Ermənistan KİV-i xəbər verir ki, müxalifətçi Aşotyan bildirib ki, İlham Əliyevin son müsahibəsində verdiyi açıqlamalar Paşinyanın əsl simasını göstərir “İlham Əliyevin açıqlamaları Nikol Paşinyanın üzündəki maskanı cırır. Bu şəraitdə baş nazirin Əliyevə cavab vermək yerinə mənasız müzahirələrini dinləmək, xarici işlər nazirinin həmin açıqlamaları şərh etməkdən imtina etməsi sadəcə absurddur”.

Aşotyan Paşinyanın hökumətə rəhbərlik etdiyi dövrdə baş verənlərlə bağlı istintaq komissiyasının yaradılmasının vacibliyindən danışıb. Erməni siyasətçinin fikrincə, informasiya müharibəsində Yerevan Bakıdan ciddi geri qalır.

R.TAHİR,
“Xalq qəzeti”

24 Sentyabr 2020 12:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə