Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı və Abşeronda ağaclar niyə quruyur?

Bakı və Abşeron yarımadası ərazisində aparılan müşahidələr göstərib ki, son zamanlar bəzi ərazilərdə yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağaclar quruyur. AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev bu barədə mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi və Mərkəzi Nəbatat Bağının əməkdaşlarından ibarət İşçi Qrup yaradılıb: “İşçi Qrup tərəfindən Bakı və Abşeron yarımadası ərazisində monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı Bayıl yamacının şimal və cənub hissəsində, Mərdəkan qəsəbəsindəki Sergey Yesenin küçəsində, Buzovna qəsəbəsinin müxtəlif ərazilərində, Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsində, Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamı, Leylandr və Həmişəyaşıl sərv kimi iynəyarpaqlı ağacların quruduğu, bəzilərinin isə yarıqurumuş vəziyyətdə olduğu müəyyən edilib”.

V.Fərzəliyevin qeyd edib ki, ağacların quruma səbəbinin müəyyən olunması məqsədilə onların gövdəsindən, yarpağından və torpaq örtüyündən nümunələr götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib: “Mütəxəssislər tərəfindən rəy verilib ki, köküstə qurumuş və bioloji inkişafdan dayanmış ağaclar mövsümdə yeniləri ilə əvəzlənməsi şərtilə götürülsün. Yarıqurumuş ağacların isə budanması və analizin nəticələrindən asılı olaraq zərərvericilərə qarşı mübarizə məqsədilə dərmanlanması qərara alınıb”.

R.TAHİR,
“Xalq qəzeti”

24 Sentyabr 2020 12:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 02:40
Müdafiə Nazirliyi xəbər verir
30 Oktyabr 2020 | 02:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə