Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sığorta şirkəti yeni nümayəndəliyini açdı

“AtaSığorta” ASC yeni "Bakı" nümayəndəliyini müştərilərin xidmətinə verib.

Şirkətin yaydığı məlumata görə, nümayəndəlik Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 135 ünvanında fəaliyyət göstərir.

"Xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. Yeni açılmış nümayəndəlik Bakı şəhərində yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcəkdir",– “AtaSığorta”nın məlumatında deyilir.

"AtaSığorta" şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

24 Sentyabr 2020 12:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə