Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev BMT-nin Yüksək Səviyyəli İclasında həm Ermənistanı, həm də havadarlarını ifşa etdi

Azərbaycan xalqı Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş iclasında Qoşulmama Hərəkatının sədri kimi çıxışını qürurla dinlədi. Xalqımız bir daha dövlətimizin başçısının Azərbaycanın haqq səsini ali tribunalardan qətiyyət və prinsipiallıqla dünya ictimaiyyətinə çatdırmasının şahidi oldu. Prezident İlham Əliyev öz çıxışı ilə Ermənistanın təxribatçılıq fəaliyyətini, müharibə və işğalçılıq planlarını növbəti dəfə ifşa etdi.

Möhtərəm Prezidentimiz sərhədboyu ərazilərdə Ermənistan ordusunun törətdiyi  təxribatlara və gərginliyin artmasına görə bütün məsuliyyətin təcavüzkar  ölkənin  rəhbərliyinin üzərində düşdüyünü bildirdi . Dövlətimizin başçısı Azərbaycanın  işğal olunmuş ərazilərində  beynəlxalq hüquqa zidd məskunlaşdırma siyasəti ilə bağlı beynəlxalq bağlı dünya liderlərinə məlumat verdi. Bildirdi ki, bu, işğalçı Ermənistanın beynəlxalq hüquq normalarına qarşı birnici hörmətsizliyi deyil. Dövlətimizin başçısı Livandan və Suriyadan  gələn ermənilərin işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilməsini beynəlxalq hüququn pozulmasına beynəlxalq təşkilat və qurumlar tərəfindən münasibət bildirilməməsinin yolverilməz olduğunu dedi.

Beynəlxalq təşkilatların susqunluğu səbəbindən son vaxtlar Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təxribatların sayı çox artıb. Ölkə rəhbəri Ermənistanın qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini hədəf almasının və təxribatlar törətməsinin heç bir normaya və hüquqa sığmadığını bildirdi. Prezident çıxışında Ermənistanın baş nazirinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozduğunu da qeyd etdi.

Dövlətimizin başçısı  Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatının danışıqlar prosesinə ciddi zərbə vurduğunu, işğalçı ölkə tərəfindən törədilən təxribatların təcili qarşısının alınmasını diqqətə çatdırdı. Dövlətimizin başçısı Ermənistanda həyata keçirilən “Azərbaycanofobiya” siyasətindən, erməni gənclərinə Azərbaycan xalqına qarşı nifrət aşılanmasından da danışdı və beynəlxalq təşkilatlar tərəfindən bunun qarşısının alınmasının zəruriliyini bildirdi.

Azərbaycan Prezidenti Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin bu günə qədər icra olunmamış qalmasını bir daha xatırlatdı. Dövlətimizin başçısı bu gün bütün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı olduğunu qeyd etdi. Bu gün Ermənistanın təxribatlarına beynəlxalq ictimaiyyət lazımi reaksiyanı verməlidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

24 Sentyabr 2020 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə