Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Portuqaliya ilə mədəni əlaqələr müzakirə olunub

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Portuqaliya Respublikasının Türkiyə Respublikası və Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paula Leal da Silva səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul edib.

Görüşdə Portuqaliya Respublikasının Azərbaycan Respublikasındakı fəxri konsulu Murad Rəhimov və səfirliyin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Mario Tiago Paixao da iştirak edib.

Səfir Paula Leal da Silva əvvəlcə səmimi qəbulə görə Anar Kərimova təşəkkür edib, çalışdığı müddət ərzində ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açıb.

Görüş zamanı ölkəmizin mədəni irsinin qorunması sahəsində birgə əməkdaşlıq, portuqal dilinin Azərbaycanda təbliği ilə bağlı layihələrin reallaşdırılması, sosial media vasitəsilə portuqaliyalı və azərbaycanlı gənclər arasında mübadilə proqramlarının həyata keçirilməsi  və digər məsələlər barədə müzakirələr aparılıb.

Sonda Anar Kərimov Azərbaycan-Portuqaliya arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edib, səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 Sentyabr 2020 12:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 02:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə