Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici İşlər naziri: "Regional sülhü, təhlükəsizliyi və tərəqqini təmin etməkdə qərarlıyıq"

“Dost Gürcüstana rəsmi səfər üçün yola düşmüşəm. Strateji əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı səmərəli müzakirələrin olmasını gözləyirəm”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov öz "Twitter" səhifəsində qeyd edib.

“Beynəlxalq hüquq normaları və prinsiplərinə ciddi hörmət əsasında regional sülhü, təhlükəsizliyi və tərəqqini təmin etməkdə qərarlıyıq”, nazir vurğulayıb. 

Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"

24 Sentyabr 2020 10:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə