Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bananın orqanizmə faydası çoxdur

Mütəxəssislər bildirirlər ki, bananın tərkibində məhz tərəvəz və meyvələrdə olan kalium da var. O, ürək-damar sistemi və ürək əzələsinin normal daralması üçün vacibdir. Bundan başqa bananın tərkibində silisium da mövcuddur. Bu mikroelement gözəl saçlar, möhkəm dırnaqların olması üçün çox faydalıdır. O, həmçinin kollagen və dəri hüceyrələrinin yaradılmasında iştirak edir.

Rusiyalı dietoloqlar bananda bağırsağın mikroflorası üçün faydalı pektinlər olduğunu deyirlər. İnsanın yaxşı mikrofloranı qoruması üçün həll olunan lifə ehtiyacı var və bu da bananda mövcuddur.

Bananlarda çox miqdarda karbohidratın olduğu da nəzərə alınmalıdır. Pəhrizdə olanlara buna diqqət yetirməyə dəyər. Ancaq bu, banandan tamamilə imtina etmək üçün səbəb deyil. Məsələn, gündə bir ədədlə kifayətlənmək olar.

Bədən ölçülərinə nəzarət edənlər üçün yaşıl bananları seçmək daha yaxşıdır, çünki yaşıl bananların daha davamlı nişastası var. Bananı zərərli şəkərdən istifadə etməmək üçün şirinləşdirmək məqsədilə düzgün desertlərdə istifadə etmək yaxşıdır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 Sentyabr 2020 10:26 -
29 Oktyabr 2020 | 21:49
Bərdənin qisası alınır

Köhnə versiyamızdan xəbərləri izlə