Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı analitik: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır.

Rusiyalı tarixçi və analitik Oleq Kuznetsov bildirib ki, Ermənistan təcavüzkar dövlət olaraq beynəlxalq hüquq normalarına əməl etmir, beynəlxalq öhdəlikləri pozur: “Ermənistanın Dağlıq Qarabağdakı bütün addımları beynəlxalq hüquqdan, qanundan, mənəviyyatdan kənardır, ona görə də Ermənistana münasibətdə hansısa beynəlxalq standartları və qaydaları tətbiq etməyi dayandırmağın vaxtı çatıb. Öz hərəkətləri ilə Ermənistan özünü qanundan kənarda qoyub”.

Ermənistanın münaqişə çərçivəsində hərbi əməliyyatlara KTMT-ni cəlb etmək cəhdlərini şərh edən O.Kuznetsov bildirib ki, hərbi-siyasi alyansın heç bir üzvü təcavüzkarı dəstəkləmək arzusunda deyil: “Əgər kimsə bunu gizli şəkildə edirsə belə, bu, gec-tez üzə çıxacaq. Mən tam əminəm ki, KTMT-nin heç bir üzvü, hətta Rusiya da Ermənistanı Qarabağa görə Azərbaycanla açıq müharibədə dəstəkləməyəcək”.

24 Sentyabr 2020 09:55 -
29 Oktyabr 2020 | 21:49
Bərdənin qisası alınır

Köhnə versiyamızdan xəbərləri izlə