Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 349 Bakı şəhəri, 21 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respub likasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 30 yanvar tarixli 19 nömrəli, “Kökünün kəsilməsi təhlükəsi o lan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 7 yanvar tarixli 2 nömrəli , “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən y üklərə dövlət baytar­lıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yükl ərin Azərbaycan Res­publikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”n ın təsdiq edilməsi haqqında” 2009-cu il 21 aprel tarixli 66 nömrəli, “Azərbaycan R espublikasının ya­şayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının sax lanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 9 mart tarixli 38 nömrəli, “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın təsd iq edilməsi haq­qında” 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli, “Azərbaycan Q ida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun t əsdiq edilməsi haq­qında” 2018-ci il 16 may tarixli 220 nömrəli və “Azərbaycan Res publikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublika­sının Konsul Nizamnaməsi”ndə, “Xü­susi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisen­ziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublika­sının 2019-cu il 27 iyun tarixli 1616-VQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qa­nununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Baytarlıq haqqın­da” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2007-ci il 11 aprel tarixli 562 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 av­qust tarixli 803 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. “Azərbaycan Respublikasında bay­tarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2007, № 1, maddə 63; 2008, № 7, maddə 673; 2015, № 2, maddə 227; 2018, № 12 (II kitab), maddə 2721; 2020, № 4, maddə 484) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanla­rının identikləşdirilməsinin aparılması Qaydaları”nın 1.1-ci bəndində “tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezi-dentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.38-ci, 1.51-ci və 1.52-ci bəndlərinin icrasını təmin etmək məqsədilə” sözləri “26.1-ci maddəsinə əsasən” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”nın 1.1-ci bəndində “tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.35-ci bəndinin icrasını təmin etmək məqsədilə” sözləri “19.0.1-ci maddəsinə əsasən” sözləri ilə əvəz edilsin;

1.3. həmin Qərarla təsdiq edilmiş “Heyvanların yetişdirilməsi, çoxaldılma­sı, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarə-tində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması Qaydaları”nın 1-ci hissəsinin birinci abzasında “tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.50-ci bəndinin icrasını təmin etmək məqsədilə” sözləri “25-ci maddəsinə əsasən” sözləri ilə əvəz edilsin;

1.4. həmin Qərarla təsdiq edilmiş “Baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı forması və təqdim edilməsi Qaydası”nın 1-ci hissəsində “tətbiq edilməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.58-ci bəndinin icrasını təmin etmək məqsədilə” sözləri “31.0.7-ci maddəsinə əsasən” sözləri ilə əvəz edilsin;

1.5. həmin Qərarla təsdiq edilmiş “Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq preparatlarının Siyahısı”nın 1-ci hissəsinin birinci abzasında “tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.61-ci bəndinin icrası­nı təmin etmək məqsədilə” sözləri “33.8-ci maddəsinə əsasən” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 23; 2017, № 11, maddə 2183) ilə təsdiq edilmiş “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın 6.2.6-cı yarımbəndində “baytarlıq nəzarəti orqan-larının” sözləri “dövlət baytarlıq nəzarəti orqanının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 283; 2010, № 1, maddə 66; 2013, № 5, maddə 584; 2015, № 2, maddə 227; 2018, № 12 (II kitab), maddə 2722) ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarə-tində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytar­lıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Res­publikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın 1.1-ci bəndinin birinci abzasında “tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.7-ci və 1.25-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə” sözləri “6.0.9-cu və 15.5-ci maddələrinə əsasən” sözləri ilə, ikinci abzasında “xidməti or­qanları” sözləri “nəzarəti orqanı” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 232, № 10, maddə 972; 2015, № 2, maddə 227; 2016, № 12, maddə 2226; 2018, № 12 (II kitab), maddə 2722; 2019, № 5, maddə 971; 2020, № 4, maddə 482) ilə təsdiq edilmiş “Azərbaycan Respubli­kasının yaşayış məntə-qələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü bənddə “Ərazi baytarlıq idarələri” sözləri “Azərbaycan Respublika­sının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

4.2. 1.4-cü, 1.5-ci bəndlərdə və 5.1.6-cı yarımbənddə “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin;

4.3. 4.4.6-cı yarımbənddə “ərazinin baytarlıq xidməti orqanı ilə” sözləri “Agentliklə” sözü ilə əvəz edilsin;

4.4. 4.6-cı, 11.1-ci bəndlərdə və 5.1.3-cü yarımbənddə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

4.5. 8.1.2-ci yarımbənddə və 9-cu hissədə ismin müvafiq hallarında “ərazi baytarlıq idarələri” sözləri ismin müvafiq hallarında “Agentliyin regional bölməsi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1127; 2015, № 5, maddə 626; 2019, № 5, maddə 966) ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş mal­ların məhv edilmə halları və Qaydası”nın 1.8-ci bəndində “və Azərbaycan Respub­likasının Səhiyyə Nazirliyindən” sözləri “, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən və Azərbaycan Respublika­sının Qida Təhlükəsizliyi Agentliyindən” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1128, № 11, maddə 2446) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Qida Təhlü-kəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsi”nin 7.7-ci bəndində “göstərilən xidmətlərin” sözləri “nəzarət tədbirləri məqsədilə həyata keçirilən xidmətlərin” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643; Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2020-ci il 8 iyun tarixli 194 nömrəli və 21 avqust tarixli 317 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

7.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.5.7.6-cı yarımbəndinə “xidmət-lərindən” sözündən əvvəl “tədbirlərindən,” sözü əlavə edilsin;

7.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə”nin 9.2.0-cı paraqra-fında “baytarlıq tədbirlərinin” sözləri “baytarlıq nəzarəti tədbirlərinin və xidmətlərinin” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

24 Sentyabr 2020 00:59 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə