Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 347 Bakı şəhəri, 21 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli, “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 avqust tarixli 360 nömrəli və “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1331, № 12, maddə 2106) 2-ci hissəsində “2020-ci il iyulun 1-dən” sözləri “2021-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilsin.

2. “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesa­bına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 avqust tarixli 360 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1465, № 12, maddə 2065) 2-ci hissəsində “2020-ci il iyulun 1-dən” sözləri “2021-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1539) ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın 14-cü hissəsində “2020-ci il iyulun 1-dən” sözləri “2021-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

24 Sentyabr 2020 00:57 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə