Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samuxdan xəbərlər

Samux rayonunda abadlıq-quruculuq işləri bir gün də olsun səngimir. Rayon icra hakimiyyətinin başçısı müxbirimizlə söhbət zamanı qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın bu rayona diqqət və qayğısı sayəsində son illər Samux bölgənin inkişaf etmiş rayonlarından birinə çevrilib.

Qeyd edək ki, Samuxda COVİD-19-la mübarizə işində də bir sistem, qayda-qanun, nizam-intizam yaratmaq mümkün olub. Nəticədə, 3-4 ay əvvəlki vaxta nisbətən vəziyyət xeyli normallaşıb və yoluxma hallarının sayı azalıb.

Rayon mərkəzi öz görkəmini dəyişir

Nəbiağalı şəhəri rayon mərkəzidir. Son vaxtlar burada həyata keçirilən işlərin miqyası xeyli artıb. Mərkəzdə geniş tikinti-qu­raşdırma və abadlıq işlərinin aparılması sakinləri çox razı salır. Şəhərin Gənclik küçəsində uzunluğu 700, eni 6 metr, yəni ümumi sahəsi 4200 kvadratmetr olan yola yeni asfalt örtüyünün salınması da onu göstərir ki, rayon mərkəzində tezliklə asfaltlanmayan küçə, məhəllə qalmayacaq.

Eyni zamanda, yaşayış massivinə su və kanalizasiya xətti çəkilir. Artıq 1800 abonent daimi içməli su alır. Tezlikə sakinlərin hamısı içməli su ilə təmin olunacaqlar.

Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bu işlərə hər gün özü nəzarət edir, tikinti obyektlərinə baş çəkir, asfaltın keyfiyyəti ilə maraqlanır, orta­ya çxan problemləri yerindəcə həll edir.

Uşaq bağçalarına diqqət və nəzarət artıb

Bu il sentyabrın 15-dən bölgələrdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin – dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilməsi ra­yon icra hakimiyyətini və digər əlaqədar təşkilatları hərəkətə gətirib. İcra hakimiyyətinin xü­susi komissiyası, o cümlədən rayon rəhbəri Alı Qocayev bağçalar açılmazdan əvvəl yerlərdə olub, vəziyyəti bir daha öyrənib, təlimatlandırıcı söhbətlər aparıb.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən şəhər və kəndlərdə fəaliyyət göstərən 18 məktəbəqədər təhsil müəssisəsinin hər birində dezinfeksiya işləri apa­rıblar. Eyni zamanda, geniş təmizlik, tibbi-profilaktik işlər də həyata keçirilib.

Artıq bir neçə gündür ki, məktəbəqədər müəssisələr öz qapılarını körpələrin üzünə açıb. Hər bir bağçanın girişində xüsusi dezinfeksiya­edici məhlullar qoyulub. Hər gün işçi heyətinin və uşaqların hərarəti ölçülür, işçilər tibbi maskadan istifadə edir, sosial məsafə saxlayırlar.

Qədim yaşayış məskəni aşkar edilib

Rayonun Qədili kəndi ərazisində qədim yaşa­yış məskəni aşkar edilib. “Üçtəpə” adlanan bu qədim yaşayış yeri, təxminən, 3 hektar ərazidə yerləşir. Hün­dürlüyü 50 metr olan təpələr Quşqara çayının dərin yataq­ları ilə əhatə olunub, Yaxınlıq­dan Kür çayı da axır.

Gəncə–Samux eks­pedisiyanın rəhbəri, tarix elmləri doktoru, professor Arif Məmmədov deyir ki, yaşayış məskəni çoxtəbəqəli bir yerdir. Alt təbəqə qədim qəbiristanlıq, üst təbəqə isə orta əsrlərə aid yaşayış məskəninin yeridir.

Qazıntılar zamanı bu­rada əldə olunan ən böyük tapıntı qala divarlarının yerinin müəyyənləşməsi və üzə çıxarılmasıdır. Bundan başqa, burada həmin dövrdə yaşayan insanların təsərrüfat həyatını əks etdirən xeyli sayda maddi mədəniyyət qa­lıqları aşkarlanıb. Bu isə onu göstərir ki, ərazidə yaşayan insanlar həm maldarlıq, həm də əkinçiliklə məşğul olub.

Arif Məmmədovun sözlərinə görə, hələlik qazın­tılar ilk qatda aparılır. Dərin qatda daha qədim zamanlara aid olan qalıqlar aşkar edilə bilər.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

24 Sentyabr 2020 00:44 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə