Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İdmana aid daha bir qadağanın ləğvi gündəmdədir

Ölkə ərazisində karantin rejimi qaydalarının yumşaldılması nəticəsində, bir çox obyektlər fəaliyyətini bərpa etdi.

Lakin qapalı məkanlarda restoranların fəaliyyəti bərpa edilsə də, bu qapalı idman zallarına şamil edilmədi.

Deputat Naqif Həmzəyev məsələ ilə bağlı idman zallarının bağlı qalmasının idmanın müəyyən sahələrinə mənfi təsir göstərdiyini bildirib:

“Elə idman növləri var ki, onunla məşqul olan idmançılar mütləq qapalı zallarda məşq etməlidir. Açıq havada olan zallarda o şəraiti yaratmaq çox çətindir.

İdmançılarımız idmanla aktiv məşqul olmalıdır. Əks təqdirdə, onlar bəzi vərdişlərini unuda bilərlər. Sadəcə peşəkar idmançılar deyil, bizim vətəndaşlarımız da, gərək mütəmadi olaraq aktiv həyat tərzi keçirsinlər, idmanla məşqul olsunlar.

Çox təəssüf ki, bugün futbol oyunlarının təşkil edildiyi stadionlarda azarkeşlər iştirak edə bilmirlər. Bu, futbol oyunlarına marağın azalması ilə müşahidə edilir. Yəni əvvəlki dövrlərlə müqayisədə futbol sahəsində eyni ab-hava hiss olunmur.“

Naqif Həmzəyev, onu da qeyd edib ki, virusun yoluxma statistikasından asılı olaraq, növbəti aylarda da idman zallarının fəaliyyət göstərib-göstərməməsi barədə danışıqlar aparılır:

“Bu məsələ ilə bağlı hazırda araşdırmalar aparılır. Qapalı fəaliyyət gösətərən idman zalları problemi sadəcə ölkəmiz üçün xarakterik deyil. Pandemiyadan əziyyət çəkən və yoluxmanın yüksək olduğu ölkələrdə də hazırda bu qayda tətbiq edilir.

Bəzi qonşu ölkələrdə isə, müəyyən karantin qaydalarına riayət etməklə, qapalı idman zallarının fəaliyyəti bərpa edilib. Lakin yenə də açıq havada idmanla məşqul olmağa daha çox üstünlük verilir.”

Millət vəkili onu da bildirib ki, Azərbaycanda da idman zalları ilə bağlı dünya təcrübəsindən istifadə edilərsə, zallarının fəaliyyətinə mərhələli şəkildə icazə verilə bilər:

“Bildiyimiz kimi, əvvəllər qapalı məkanlarda olan restoranların da fəaliyyətinə icazə verilmirdi. Lakin sonradan belə obyektlərin fəaliyyəti bərpa edildi.

Düşünürəm ki, idman zallarına da daxil olan şəxslərin hərarəti ölçülərsə, sosial məsafə qorunarsa və gigyenik qaydalara riayət olunarsa, onların da fəaliyyətinə icazə verilə bilər.

Bir şərtlə ki, əvvəl qapalı məkanlardakı fitnes zalları açılsın. Döyüş idman növlərinin və qarşılıqlı birgə məşqlərin həyata keçirildiyi qapalı idman zallarının açılmasına növbəti mərhələlərdə icazə verilə bilər“.

“Xalq qəzeti”

23 Sentyabr 2020 15:08 - İDMAN
İDMAN
27 Noyabr 2020 | 01:11
Yeni antirekord
25 Noyabr 2020 | 12:14
Özilin əvəzləyicisi
25 Noyabr 2020 | 11:54
Salahdan şad xəbər
25 Noyabr 2020 | 03:15
Yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə