• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNEC-in təhsil imkanları XII Beynəlxalq Təhsil Sərgisində yüksək qiymətləndirilib

UNEC-in təhsil imkanları XII Beynəlxalq Təhsil Sərgisində yüksək qiymətləndirilib

UNEC XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində (Education-2018) təmsil olunur.

Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində təşkil olunan XII Azərbaycan beynəlxalq təhsil sərgisi “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilib. UNEC-in öz stendi ilə təmsil olunduğu sərgidə dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçı bir araya gəlib.

Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, təhsil müəssisələrinin rəhbərləri və təhsil qurumların nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayaraq, sərginin ziyarətçilər üçün faydalı olacağını bildirib.

Sərgi ilə tanışlıq zamanı Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov UNEC stendini ziyarət ediblər. UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov rəsmi ziyarətçilərə universitetin təqdim etdiyi təhsil xidmətləri barədə ətraflı məlumat verib. UNEC-in dünyanın nüfuzlu universitetləri ilə bakalavr və magistratura pilləsi üzrə ikili diplom proqramı həyata keçirdiyini diqqətə çatdırıb, eləcə də beynəlxalq mübadilə, UDİD,  təqaüd və təcrübə proqramlarından bəhs edib. UNEC-in təqdim etdiyi ikili diplom proqramları rəsmi ziyarətçilərin xüsusi marağına səbəb olub, onlar tətbiq olunan yenilikləri yüksək qiymətləndiriblər.

Sonra UNEC stendində Texnologiya və dizayn fakultəsinin tələbələrinin qrafik əl işlərini yerinə yetirmə prosesi izlənilib.

XII Azərbaycan Beynəlxalq Təhsil sərgisi (Educayion-2018) oktyabrın 13-dək davam edəcək. Sərgidə UNEC nümayəndələri ziyarətçiləri universitetin bakalavr, magistratura və doktorantura pilləsi üzrə təhsil imkanları, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanış edəcək.

Qeyd edək ki, UNEC stendi daha öncə zəngin məlumatları, kreativ dizaynı ilə “Ən Yaxşı Universitet Təqdimatı” və “Ən orijinal stend” nominasiyalarının qalibi olub.

 

Elnarə Ömərova

12 Oktyabr 2018 11:17 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin