Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Futbolçusu koronavirusa yoluxan "Atletiko" məşqləri dayandırdı

İspaniyanın "Atletiko" komandasında koronavirus aşkarlanıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı futbolçu Xose Mariya Ximenesin test nəticəsi müsbət çıxıb. Xəstəliyi yüngül simptomlarla keçirən 25 yaşlı yarımmüdafiəçi dərhal evində karantinə alınıb.

Komanda isə növbəti analizin nəticələri açıqlananadək məşqləri dayandırıb.

Qeyd edək ki, bu, "Atletiko"da infeksiyaya 6-cı yoluxma halıdır. Daha əvvəl Renan Lodi, Anxel Korrea, Şimo Vrsalko, Dieqo Kosta və Luis Arias eyni problemlə üzləşib.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

23 Sentyabr 2020 11:36 - İDMAN
İDMAN
20 Oktyabr 2020 | 00:27
Premyer Liqada yeni rekord
19 Oktyabr 2020 | 14:47
Kosta 6 oyunluq sıradan çıxıb
18 Oktyabr 2020 | 01:36
5 illik müqavilə təklifi
16 Oktyabr 2020 | 02:33
Təzminat qiyməti açıqlanıb

Köhnə versiyamızdan xəbərləri izlə