Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çempionlar Liqası: "Krasnodar" və "Zaltsburq" qələbə qazandı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. 

"Report" xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. "Krasnodar" I təsnifat mərhələsində Türkiyə "Beşiktaş"ını üstələmiş Yunanıstan PAOK-una Rusiyada, Avstriya "Zaltsburq"u isə "Makkabi"yə İsrailin paytaxtı Təl-Əvivdə eyni hesabla qalib gəlib - 2:1. Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə Danimarka "Midtüllann"ı arasındakı matçda isə hesab açılmayıb - 0:0. 

Təsnifat mərhələlərindən fərqli olaraq, bu raundun qalibləri iki oyunun nəticələrinə əsasən müəyyənləşir. Cavab görüşləri sentyabrın 30-da keçiriləcək.  

22 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) - 2:1

Qollar: Viktor Klasson, 39 (pen.). Remi Kabella, 70 - Dimitris Pelkas, 32  

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Zaltsburq” (Avstriya) - 1:2

Qollar: Dan Biton, 9 - Dominik Soboslai, 49 (pen.). Masaya Okuqava, 57

23:00. “Slaviya” (Praqa, Çexiya) - “Midtüllann” (Danimarka) - 0:0 

Qeyd edək ki, pley off mərhələsinin digər 3 qarşılaşması bu gün olacaq. 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

23 Sentyabr 2020 11:28 - İDMAN
İDMAN
20 Oktyabr 2020 | 00:27
Premyer Liqada yeni rekord
19 Oktyabr 2020 | 14:47
Kosta 6 oyunluq sıradan çıxıb
18 Oktyabr 2020 | 01:36
5 illik müqavilə təklifi
16 Oktyabr 2020 | 02:33
Təzminat qiyməti açıqlanıb

Köhnə versiyamızdan xəbərləri izlə