Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İngiltərə klubunun baş məşqçisi və iki futbolçusu koronavirusa yoluxdu

İngiltərənin "Vest Hem" futbol komandasının baş məşqçisi Devid Moyes koronavirusa yoluxub. 

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, oyunçulardan İssa Diop və Coş Kallenin də testləri müsbət nəticə verib. Bütün yoluxanlar komandanın düşərgəsini dərhal tərk edərək, karantinə yollanıblar. Kollektivə köməkçi-məşqçi Alan İrvayn rəhbərlik edəcək. 

Qeyd edək ki, "Vest Hem" ötən mövsüm Premyer Liqada 39 xalla 16-cı yeri tutub. 38 qarşılaşmadan 99 xal toplayan "Liverpul" çempion olub. 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

 

23 Sentyabr 2020 11:21 - İDMAN
İDMAN
20 Oktyabr 2020 | 00:27
Premyer Liqada yeni rekord
19 Oktyabr 2020 | 14:47
Kosta 6 oyunluq sıradan çıxıb
18 Oktyabr 2020 | 01:36
5 illik müqavilə təklifi
16 Oktyabr 2020 | 02:33
Təzminat qiyməti açıqlanıb

Köhnə versiyamızdan xəbərləri izlə