Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkmənistanda tütün məhsullarının qiyməti kəskin qalxıb

Türkmənistanda tütün məhsullarının qiyməti kəskin qalxıb

Türkmənistanda tütün məhsullarının satışının sərt şəkildə məhdudlaşdırılmasından sonra ölkə əhalisinin siqaret çəkən hissəsinin əksəriyyəti bütov qutu siqaret almaq imkanından məhrum olub.

Çünki qara bazarda siqaretin bir qutusunun qiyməti 70 türkmən manatına qalxıb. Bu, rəsmi məzənnə ilə təqribən 20 dollar və ya 34 Azərbaycan manatı deməkdir.

Virtualaz.org xəbər verir ki, artıq iki aydır dövlət mağazalarında siqaret satılmır. Çünki Prezident Qurbanqulu Berdiməhəmmədov siqaret satışına qadağa qoyub. Siqareti ancaq özəl ticarət nöqtələrindən və alverçilərdən almaq olar, qiyməti isə dövlət qiymətindən az qala 3 dəfə baha.

Beləliklə, dövlət mağazasında qutusu 25 manata olan siqareti özəl ticarət köşklərindən 70 manata almaq olar. Belə ticarət nöqtələrinin sahibləri dövlət mağazalarının direktorları ilə sövdələşirlər və onlardan siqaretin qutusunu 30-35 manatdan alırlar. Əlbətdə ki, arxa qapıdan və anbarlardan.

Qara bazar qiymətləri ilə siqaretin bir ədədi çəkənlərə 3.5 manata başa gəlir. Nəticədə siqaret çəkənlər alverçilərdən siqareti ədədlə almağa məcbur olurlar.

Türkmənistanın dövlət mağazalarında tütün məhsullarının satışı avqustun sonlarında dayandırılıb. Hakimiyyət ölkəyə İrandan siqaret gətirilməsi kanalını bağlayıb. Əvvəllər adambaşına iki qutu keçirməyə icazə versələr də, indi Aşqabad aeroportunda müsadirə edilir.

 

Z.BƏŞİRQIZI,
 “Xalq qəzeti”

12 Oktyabr 2018 11:01 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Noyabr 2018 | 11:14
Seperatçılar məğlub oldular

Ən son xəbərləri səhifəmizdən də izləyin