Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti birinci peyvənd etdirəcək

ABŞ Prezidenti Donald Tramp başqa ölkələrin koronavirus peyvəndlərinin Birləşmiş Ştatlarda tətbiqini istisna etmir. Bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ rəhbərinin özü ilk olaraq peyvənd etdirməyə hazırdır.

O, Trampın fikirlərinin belə çatdırıb: "Mənim üçün tipik olmayan bir şey söyləyəcəm, amma həqiqətən mənə fərqi yoxdur, sadəcə işə yarayan bir peyvəndin olmasını istəyirəm və başqa bir ölkənin bunu etməsi məni maraqlandırmır".

Beləliklə, Makineni ABŞ liderinin Rusiya və Çinin istehsalı olan vaksinlərin ölkəyə cəlb etməyə hazır olması barədə suala cavab verib. Bu halda ABŞ liderinin mətbuat katibi vurğulayıb ki, Ağ Evin fikrincə, Oksford Universiteti (Böyük Britaniya) alimlərinin Britaniya-İsveçin “AstraZeneca” əczaçılıq şirkəti ilə birgə hazırladığı peyvəndə daha çox ümid bəslənilir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 Sentyabr 2020 11:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə