• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-la Türkiyə Bransonun azadlığına razılaşıb

ABŞ-la Türkiyə Bransonun azadlığına razılaşıb

Ankara və Vaşinqton amerikalı keşiş Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib.

Bu barədə  “The Washington Post” qəzetinin elektron versiyasındakı məlumata istinadən Strateq.az yazı dərc edib.

Qəzet ABŞ-ın adı açıqlanmayan vəzifəli şəxslərinə və Branson işində hadisələrin inkişafı ilə bağlı məlumatlı digər mənbələrə istinadən qeyd edir ki, keşiş artıq cümə günü növbəti məhkəmə iclasından sonra azadlığa buraxıla bilər.

Öz növbəsində, nəşrin məlumatına görə, Amerika administrasiyası Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq və bu cür yeni məhdudiyyətlər tətbiq etməmək barədə üzərinə öhdəlik götürüb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Oktyabr 2018 10:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin