Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiya oktyabrda xaricilər üçün ölkəyə girişi qismən aça bilər

Yaponiya oktyabrın əvvəlində koronavirus pandemiyası səbəbi ilə xarici vətəndaşlar üçün ölkəyə girişə qoyulan məhdudiyyətləri qismən ləğv etmək niyyətindədir.

Məhdudiyyətlər ölkəyə tibbi, təhsil və iş məqsədi ilə gələnlər üçün ləğv edilə bilər. Ölkəyə girişlə bağlı məhdudiyyətlərin qismən ləğv edilməsinin turistlərə aidiyyəti olmayacaq.

Bildirilir ki, ölkəyə gələnlər uçuşdan əvvəl koronavirus testindən keçməlidirlər və testin nəticəsi mənfi olmalıdır, Yaponiyaya gəldikdən sonra isə iki həftəlik karantində qalmalıdırlar.

Qeyd edilir ki, təxminən noyabr ayında Yaponiyanın böyük şəhərlərdəki, o cümlədən Tokio, Osaku, Fukuoku, Naqoyu və Sapporodakı hava limanları bir gündə 20 min nəfərədək sərnişin qəbul edə biləcək.

23 Sentyabr 2020 10:28 -

Köhnə versiyamızdan xəbərləri izlə