Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaxın zamanlarda Balaxanıda 8 şirkət fəaliyyətə başlayacaq

Balaxanı Sənaye Parkı 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkının hazırda 19 rezidenti var. Bunlardan 11-i artıq fəaliyyət göstərir. Digər 8 rezidentin (ağac-taxta tullantılarının emalı, kömür istehsalı, plastik tullantılarının təkrar emalından plastik torların istehsalı, avtomobil şinlərin emalı və tullantı taxtalardan pallet və taxta unu istehsalı, tullantı avtomobil şinlərinin piroliz üsulu ilə emalından yanacaq istehsalı, plastik məmulatlar qapı və arakəsmə istehsalı, işlənmiş yağların emalı, kraft kağızdan çanta istehsalı sahələri) yaxın zamanlarda fəaliyyətə başlayacağı göslənilir.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Qeyd edilib ki, rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 10.1 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında artıq 570-ə yaxın daimi iş yeri yaradılıb, istaehsalın genişləndirilməsi və yeni layihələrin icrası hesabına iş yerlərinin 720-ə çatdrılması nəzərdə tutulur.

V.BAYRAMOV,
“Xalq qəzeti”

23 Sentyabr 2020 10:26 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə