Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aleksey Xlopotov: genişmiqyaslı müharibə baş verərsə, Ermənistan dövlət müstəqilliyini bütövlükdə itirə bilər

Bu sözləri mediaya açıqlamasında açıqlamasında rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib. Onun sözlərinə görə, son günlərdə Azərbaycan və Ermənistan sərhədlərində müşahidə olunan gərginlik nəinki genişmiqyaslı, heç lokal müharibəyə belə səbəb olmayacaq:

“Buna baxmayaraq, Ermənistan ordusunun başqa bir təxribata əl atması ilə bağlı real ssenari mövcuddur. Belə olan halda isə hər şey Azərbaycanın hansı qərarı verəcəyindən asılı olacaq. Əgər hadisələr iyul ayında olduğu kimi, iki dövlət arasındakı sərhəddə cərəyan etsə, bu, birbaşa təcavüz aktı kimi qiymətləndirilməlidir. Cavab tədbirləri çərçivəsində Azərbaycan Silahlı Qüvvələri düşmən ərazinin dərinliyinə daxil olaraq, qarşı tərəfə cavab vermək hüququna malikdir. Əməliyyatlar zamanı İrəvana birbaşa zərbələr də istisna edilmir”.

Rusiyalı ekspert daha sonra deyib ki, genişmiqyaslı müharibə başlanarsa, düşməni tərksilah etmək məqsədilə endirilən ilk raket və artilleriya zərbələri vacib rol oynayacaq: “Azərbaycan ordusu ən müasir “Polonez” və LORA raket sistemləri ilə təchiz olunub. Rəsmi Bakı olduqca güclü döyüş təyyarələrinə malikdir, PUA-ların sayı isə günü-gündən artır. Və əlbəttə ki, çox sevdiyim tanklar. Dağlıq əraziyə baxmayaraq, T-90S və T-72 tankları bacarıqlı ekipajların istifadəsində olduqca təsirlidir. Azərbaycan Ordusu isə təlimlərə kifayət qədər diqqət yetirir”.

R.TAHİR,
“Xalq qəzeti”

23 Sentyabr 2020 10:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:37
Hava proqnozu
25 Oktyabr 2020 | 00:29
Necəsən, əsgər anası?

Köhnə versiyamızdan xəbərləri izlə