Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İspaniya mətbuatında “Əsrin müqaviləsi”nə həsr olunmuş geniş məqalə dərc edilib

İspaniyanın böyük oxuyucu kütləsinə malik “Style International” qəzetinin elektron versiyasında “Əsrin müqaviləsi”nə həsr olunmuş geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə bu il sentyabrın 20-də Azərbaycanda “Əsrin müqaviləsi”nin 26 illiyinin qeyd edilməsindən söz açılır. Vurğulanır ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlərin yeni mərhələsinə qaldırıb. Belə ki, 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalanıb.

Məqalədə ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi xüsusi olaraq vurğulanır, Cənub Qaz Dəhlizi haqqında məlumat verilərək, onun Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsindəki vacib rolundan danışılır.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

23 Sentyabr 2020 10:22 -

Köhnə versiyamızdan xəbərləri izlə