Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çəkisi 157 kiloqram olan qadın 64 kiloqramı necə atıb?

ABŞ-ın Texas ştatının Dallas şəhərinin sakini 2 il də 64 kq arıqlayıb. “Womens health” qadın sağlamlığı qurumu onun uğurunun sirrini mediaya açıqlayıb. 

Əczaçılıq şirkətinin 35 yaşlı əməkdaşı Şavonda Brikli 28 yaşında artıq 157 kiloqram olub. 2017-ci ilin dekabr ayında onun həyatında qara zolaq başlayıb, müəyyən çətinliklər yaşayıb: “Mən hər zaman başqalarının xoşbəxtliyini özümünkündən vacib saymışam, özümü həmişə ikinci yerə qoymuşam. Müəyyən hadisələr oldu və mən düşündüm ki, artıq buna son qoymağın vaxtı çatıb”.

Həmin vaxtdan etibarən o, həyatını dəyişmək qərarına gəlib. Qadın bir sıra pəhrizləri yoxlasa da, nəticələr uğursuz olub. 2019-cu ildə isə o, ketopəhriz haqqında məlumat oxuyur və bunu yoxlamaq qərarına gəlir.

Amerikalə qadın hər gün 8 saatlıq “icazə müddəti”ndə istədiyini yeyib, qalan 16 saatı isə ac qalıb. Hazırda qadın, adətən, səhər yeməyini ötürür, bəzən isə bekon, yumurta və pendirlə kifayətlənir. Şam yeməyinə isə Brikli qrildə bişmiş toyuq və brokkoli yeyir. Desert kimi özünə keto dondurma, yaxud karamelli və fındıqlı baton icazə verir.

Bundan başqa o, şəxsi məşqçi ilə həftədə 3 dəfə idmanla məşğul olur: “Onun yanına getməyəndə isə altı kilometr yol gedirəm, ya da mobil tətbiqlə qaçıram”.

Şavonda Brikli çəkiatma məsələsində uğursuzluğa düçar olanlara təslim olmamaq barədə tövsiyə verib: “Haradan başlayacağına əmin olmayan hər kəsə məsləhətim: harada başlamağınız və nə qədər kilo atmağınız vacib deyil, sadəcə, başlayın! Özünüzə qarşı xeyirxah olun. İdeala deyil, tərəqqiyə diqqət yetirin. Təslim olmayın-- öz çəkinizdən başqa itirəcək bir şeyiniz yoxdur”.

R.TAHİR,
“Xalq qəzeti”

23 Sentyabr 2020 10:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə