Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Partizan Cəbrayılovun 100 illiyi münasibətilə poçt markası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Buraxılış bir markadan ibarət blok şəklində hazırlanıb. Blokda İkinci Dünya müharibəsi illərində nasist Almaniyası tərəfindən işğalda olan Parisin divarlarından birinə “Chargo” (Xarqo) ləqəbli Əhmədiyyə Cəbrayılovun axtarışda olmasını göstərən elanı yapışdıran Vermaxt əsgəri təsvir olunub. Elanın üzərində Alman dilində “10 000 Reichsmark” (10 000 Reyxsmarka) və “Chargo / tot oder lebendig” (Xarqo / sağ ya ölü) sözləri yazılıb.

Markada Ə.Cəbrayılovun portreti, blokun sol tərəfində Eyfel qülləsi, sağ tərəfdə, divarın üzərində isə Fransa Müqavimət Hərəkatının qruplarından biri olan “Maquis”in (Maki) emblemi təsvir edilib. Markanın buraxılmasında məqsəd görkəmli partizan Ə.Cəbrayılovun yerli və əcnəbi filatelistlər, dünya kolleksiyaçıları arasında təbliğ edilməsidir.

Poçt markası ilə yanaşı, 200 ədəd zərf də hazırlanaraq satışa çıxarılıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 Sentyabr 2020 09:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə