Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moldova portalı Prezident İlham Əliyevin Ermənistanın təxribatları barədə fikirlərini yayıb

Moldovanın Timpul.md xəbər portalı Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Ermənistanın təcavüzkar siyasətini ifşa edən açıqlamalarına geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, portal dövlətimizin başçısı­nın səsləndirdiyi bu fikirlərə diqqət çəkir: “Ermənistan yeni müharibəyə hazırlaşır. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllini uzat­maq üçün təxribatlara əl atır. Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyala­ra ziddir”.

Materialda Azərbaycan Prezidentinin danışıqlar prosesi­ni bilərəkdən pozan Ermənistan rəhbərliyinə qarşı digər sərt fikirləri də yer alıb.

23 Sentyabr 2020 01:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə