Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Göyçay Rayon Məhkəməsinin müraciəti əsasında “Bələdiyyə tor­paqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Res­publikası Konstitusiyasının 13-cü və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin - Milli Məclis Aparatının İqtisadi və sosial qa­nunvericilik şöbəsinin, Ali Məhkəmənin və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin mütəxəssisləri tərəfindən təqdim edilmiş yazılı mülahizələrin və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqın­da” Azərbaycan Respublikası Qa­nununun 9.8-ci maddəsinin torpaq sahəsinin özgəninkiləşdirilməsinin məhdudlaşdırılması ilə bağlı müddəası Azərbaycan Respublikası Konsti­tusiyasının 29-cu maddəsinin VI hissəsinin və Azərbaycan Respub­likası Mülki Məcəlləsinin 152.5-ci maddəsinin tələblərinə uyğun olmaqla mülkiyyətçinin hüququnu pozmur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

23 Sentyabr 2020 00:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə