Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər

Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin dö­yüş hazırlığı planına uyğun olaraq, piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatında bildirilib ki, ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir.

Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlı­ğının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunma­sı və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

23 Sentyabr 2020 00:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:37
Hava proqnozu
25 Oktyabr 2020 | 00:29
Necəsən, əsgər anası?

Köhnə versiyamızdan xəbərləri izlə